İqtisadiyyat
06.11.2018 / 11:53

"Bu qanun qüvvədən düşəcək, əmanətlərə təhlükə..."- TƏKLİF

"Bu qanun qüvvədən düşəcək, əmanətlərə təhlükə..."-"Beş ay sonra “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür. 2016-cı ilin martın 1-də qüvvəyə minmiş həmin qanunla Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il tam sığortalanır."

İnform.az
teleqraf.com-un xəbərinə istinadən bildirir ki, bu haqda iqtisadçı Vüqar Bayramov məlumat verib.

Ekspert qeyd edib ki, qanuna əsasən, gələn il martın 1-dən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq:

“Bu qanunu 2016-cı ildə, neftin dünya bazar qiymətləri yüksək olmayan dövrdə banklara əmanətlərin cəlb edilməsi baxımdan vacib addım hesab edilirdi. Müəyyənləşdirilmiş faiz dəhlizləri çərçivəsində əmanətlərin tam sığortlanması banklarda depozitin saxlanmasını təşviq etdi.

Digər tərəfdən, müflis elan edilən banklarda qorunan əmanətlərin tam həcmdə qaytarılması da depozit yığımlarına maraq yaratdı. Bu qanun o zaman qəbul edilməsəydi, əmanətlərin banklardan kütləvi çəkilməsi baş verə bilərdi. Bu baxımdan, məbləği böyük olan əmanətlərin banklardan çəkilməməsi üçün “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi məbləğindən asılı olmayaraq, əmanətlərin tam sığortlanması müddətinin daha 3 il uzadılması məqsədəuyğundur.

Daha uyğun olardı ki, müddətin uzadılması ilə bağlı qərar 2018-ci ilin sonunadək qəbul edilsin. Çünki bu halda yüksək məbləğli əmanət sahiblərinin depozitlərinin sığortalanmayacağından narahat olub vəsaitlərini banklardan götürmə riski aradan qalxar”.


İnform.az

Baxış sayı: 111