Hüquq
06.11.2018 / 11:36

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıbBinəqədi rayonu ərazisində 7 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-dan noyabrın 4-dək olan müddətdə Binəqədi və Biləcəri qəsəbələri ərazilərində 5 evdən kombi, qaynaq aparatı və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Camaləddin Cəfərov saxlanılıb.

Araşdırmalarla onun Binəqədi qəsəbəsi ərazisində daha 2 evdən məişət əşyaları oğurlaması da polis əməkdaşları tərəfindən müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.



İnform.az

Baxış sayı: 40