Baş xəbər, Hüquq
06.11.2018 / 10:10

"Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 50