Din
05.11.2018 / 14:37

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib- FOTO

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgətəşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Lənkəran şəhər 2 saylı tam orta məktəbdə “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Hüccətov, məktəbin direktoru Zaur Ağazadə, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər 2 saylı tam orta məktəbin direktoru Zaur Ağazadə qonaqları salamlayaraq keçirilən tədbirin mahiyyəti haqqında məlumat verib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov çıxışında uşaqların zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, bu baxımdan onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.

İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş müddəalar, ölkəmizdə “Uşaq Hüquqları Haqqında” qanunun müvafiq müddəalarının tətbiqi, eləcə də, “Uşaq hüquqları aylığı” ilə bağlı keçirilən tədbirlər barədə geniş məlumat verib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini fanatizm, radikalizm və onların fəsadları haqqında məlumat verərək, yeniyetmə və gənclərin yad ideologiyalardan və radikal cərəyanların təsirindən qorunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-



İnform.az

Baxış sayı: 115