Sosial
05.11.2018 / 13:20

Sabah hava şəraiti kəskin dəyişəcək - PROQNOZ

Sabah hava şəraiti kəskin dəyişəcək -Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnform.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 13-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Noyabrın 6-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşam, 6-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında isə noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 7-si səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Baxış sayı: 42