Elm-təhsil
05.11.2018 / 13:15

ATMU nümayəndələrinin Bolqarıstan səfəri- FOTO

ATMU nümayəndələrinin Bolqarıstan səfəri-
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru İranə Əliyeva və Tədris-metodiki şöbənin müdiri Nərminə Abdullayeva Bolqarıstan Respublikasında səfərdə olublar.

Səfərin məqsədi ATMU tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsinin təşkili və keçirilməsinə dair müzakirələr aparmaq, həmçinin sənaye müəssisələrində mövcüd şərait, tələb və şərtlərlə tanışlıqdan ibarət idi.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, səfərin ilk günü Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri xanım Nərgiz Qurbanova ilə keçiriləngörüşdəadıçəkilən ölkəninBeynəlxalq Biznes Məktəbi (BBM) ilə əlaqələrin qurulması, ATMU tələbələrinin peşəkarlıq vərdişlərini artırmaqdan ötrütəcrübə semestrinin təşkilidetallı müzakirə olunub.Bolqarıstan Respublikasının Məşğulluq Agentliyinin nümayəndələri ilə keçirilən görüşdə konkret olaraq tələbələrin təcrübə keçmə müddəti və işlə təmin olunma məsələlərinin hüquqi baxımından tənzimlənməsi amilinə münasibət bildirib.

Bolqarıstan Respublikasının Varna şəhərində Azərbaycan Respublikası səfirliyi tərəfindən keçirilən Turizm sərgisinə qatılan ATMU-nun prorektoru İ.Əliyeva və şöbə müdiri N.Abdullayeva“Albena” kurort zonasındakı yerləşmə obyektlərini ziyarət etməklə bərabər,bir neçə otel kompleksinin rəhbər şəxsləri ilədanışıqlar aparıblar.

ATMU nümayəndələrinin Bolqarıstan səfəri-



İnform.az

Baxış sayı: 45