Din, Elm-təhsil
05.11.2018 / 12:38

“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib- Aİİ-də(Foto)

“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İslam və ətraf mühit” mövzusunda tədbir keçirib.

Aİİ Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbir 6 noyabr – Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə həsr olunub.

İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri tədbirdəiştirak ediblər.

Aİİ rektoru Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb.

Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Vurğulanıb ki, İnstitut tədrislə yanaşı, maarifləndirmə işlərinə də xüsusi diqqət ayırır. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, seminarlar, treninqlər, görüşlər, sosial layihələr təşkil edilir.

Sonra Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslam və ətraf mühit” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişikliklərinin canlıları, xüsusilə də insanı təhdid edən həddə çatmasıdır.

Ə. Niyazov ekologiyanın keçmişdəki kimi, təkcə canlı varlıqların bir-birləri ilə münasibətlərini tədqiq edən elm sahəsideyil, eyni zamanda,ətraf mühit problemləri ilə məşğul olan sahə olaraq tərif edildiyini bildirib.

Vurğulanıb ki, istər bioloji varlıqlarla münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür.Ətfraf mühit haqqında Qurani-Kərim ayələrinivə Məhəmməd Peyğəmbərin hədislərini nümunə göstərən məruzəçi İbn Sina, Biruni və İbn Xəldun kimi İslam alimlərininətraf mühit haqqında fikirlərini misal çəkib.

Ə.Niyazov nəticə olaraq qeyd edib ki, İslama görə insan təbiətə hökmedən yox, təbiətin bir üzvü olaraq onun harmoniyası içərisində öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-


“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-


“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-


“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-


“İslam və ətraf mühit” mövzusunda tədbir keçirib-



İnform.az

Baxış sayı: 43