Dünya
05.11.2018 / 10:15

Məmur xanımın dəhşətli ölümü- Poroşenko Türkiyədən göstəriş verdi

Məmur xanımın dəhşətli ölümü-Yay aylarında üzərinə kislota atılan məmur xanımı və aktivist Katerina Qandzyük xəstəxanada dünyasını dəyişib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları Feysbukda məlumat yayıblar.

“Katya öldü. Detallar bir az sonra... Xahiş olunur ki, yaxınları narahat edilməsin. Gün ərzində daha ətraflı məlumat veriləcək”, - deyə bildirilib.

Qeyd edək ki, məsələdən xəbərdar olan Prezident Pyotr Poroşenko günahkarların tez bir zamanda tapılmasını və cəzalandırılmasını tələb edib.

“Elə indicə mənə məumat verdilər ki, üzərinə kislota atılan aktivist Katerina Qandzyük təəssüf ki, xəstəxanada həyatını itirib. Günahkarların tapılıb cəzalanması üçün güc strukturları hərəkətə keçməlidir", - Türkiyədə səfərdə olan Poroşenko deyib.

Katerina Qandzyük 17 iyun 1985-ci ildə Xersonda anadan olub. 2003-cü ildən "Batkivşina" partiyasının fəallarından olub. Avromeydan hadisələrində aktiv iştirak edib.

Xerson merinin müşaviri idi.


İnform.az

Baxış sayı: 74