Dünya, Hərbi
05.11.2018 / 10:00

Ermənistan MN-də qadınların vəzifələrdə irəli çəkilməsi məsələsi müzakirə edilib

Ermənistan MN-də qadınların vəzifələrdə irəli çəkilməsi məsələsi müzakirə edilib
Ermənistan Müdafiə Nazirliyi və BMT-nin əhali fondunun illik əməkdaşlıq planına müvafiq olaraq, Silahlı Qüvvələrdə qadınların hüquqlarının müdafiə olunması məqəsdilə noyabrın 3-də işgüzar müzakirələr keçirilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, gorüş zamanı Ermənistan Silahlı Qüvvələrində qadın hüquqlarının öyrənilməsi və monitorinqi məsələləri üzrə işçi qrup yaradılması, işçi qrupunun fəaliyyət formatı və qaydalarının müəyyən edilməsi mövzusu müzakirə edilib.

Bununla yanaşı, qadınların problemlərinin öyrənilməsi, xüsusən də onların vəzifələrdə irəli çəkilməsi, hüquqlarının qorunmasına aid məsələlər də nəzərdən keçirilib.


İnform.az

Baxış sayı: 38