Din
05.11.2018 / 09:20

Azərbaycan miltikulturalizmi: dünya üçün bəşərilik nümunəsi

Azərbaycan miltikulturalizmi:
Madriddə noyabrın 5-də öz işinə başlayacaq "Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə" Beynəlxalq Konfransının qonaqlarının şərəfinə axşam yeməyi təşkil olunub.

Ziyafətdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Türkiyə Diyanet işləri başkanı Əli Erbaş, Madrid kardinalı Karlos Osoro Syera, Albaiyanınn keçmiş kardinalı Ernest Simone, Fələstin prezideninin dini məsələlər üzrə müşaviri Mahmud əl Habbaş, Indoneziya kilsələri birliyinin Prezidenti Henriyette Lebang, Kolumbiya Peru, İndoneziya və Malyziya respublikalarının dini rəhbərləri iştirak ediblər.

Inform.az tvreal.az-a istinadən bildirir ki, tədbirdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə üç səmavi dini özündə təcəssüm etdirən xatirə lövhəsi təqdim edilib.

Hacı Allahşükür Paşazadə çıxış edərək təltifə görə minnətdarlıq edib, multikultural ölkə olan Azərbaycanda dinlərarası münasibətin bütün dünya üçün örnək olduğunu deyib, müxtəlif dini görüşlərə, məzhəblərə malik olan insanların anlaşma şəraitində yaşaması üçün Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb.

Azərbaycanda dini azlıqların hüquqlarının etibarlı surətdə qorunduğunu, bu beynəlxalq toplantıda ölkədə mövcud olan dini konfessiyaların-yəhudi, provoslav və katoliklərin rəhbərlərinin iştirak etməsinin məhz bu mühitin bariz nümunəsi olduğunu vurğulayıb: “Prezidentin yürütdüyü multikultural siyasət nəticəsində Azərbaycanda bütün dinlər bərabər tutulur, bütün dini bayramlar qeyd olunur”.

Bütün Qafqazın Şeyxi qonaqpərvər qarşılanma və nüfuzlu Beynəlxalq Konfransın keçirilməsi üçün yaratdığı şəraitə görə İspaniya dövlətinə minnətdarlığını bildirib.

Ziyafətdə Evsen fondunun rəhbəri Əli Efsen təşkilatçılar adəndan çıxış edərək konfrans iştirakçılarına minnətdarığını bildirib. Sabahkı tədbirə uğurlar arzulayıb.

Qeyd edək ki, "Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə" Beynəlxalq konfransı Evsen Fondu, İspaniyanın Ədliyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil edilib.

Beynəlxalq konfransda İspaniya kralı 6-cı Felipe və Azərbaycan Prezidenti İlham Əliyevin məktubları da oxunacaq.

Azərbaycan miltikulturalizmi:


Azərbaycan miltikulturalizmi:


Azərbaycan miltikulturalizmi:


Azərbaycan miltikulturalizmi:


Azərbaycan miltikulturalizmi:



İnform.az

Baxış sayı: 39