Dünya
05.11.2018 / 09:00

Antalyada Ukraynanın konsulluğu açılıb

Antalyada Ukraynanın konsulluğu açılıb
Ukrayna prezidenti Petro Poroşenko Türkiyənin Antalya şəhərində öz ölkəsinin konsulluğunu açıb.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, açılış mərasimində çıxış edən Ukrayna prezidenti bildirib ki, bu il Türkiyəyə 1,2 milyondan artıq ukraynalı səfər edib: "Onlardan azı 800 mini məhz Antalyada olub. 30 mindən çox ukraynalı - yerli Ukrayna icmasıdır. Antalyada olan hər bir ukraynalı dövlətin qayğısını hiss etməlidir".

P.Poroşenko qeyd edib ki, insanlar Antalyaya yalnız istirahət etmək üçün gəlmir, bu şəhərdə çox sayda beynəlxalq sammitlər keçirilir: "Mən ümid edirəm ki, Ukraynanın Antalyada konsulluğunun olması bizim diplomatlarımıza bu proseslərdə fəal iştirak etməyə imkan verəcək".


İnform.az

Baxış sayı: 61