Hüquq
03.11.2018 / 13:40

Avtomobil oğrusu yaxalanıb

Avtomobil oğrusu yaxalanıb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Rəhimovun “TOFAŞ”, E.Soltanovun “VAZ-2106” və A.Mustafayevin “VAZ-2107” markalı avtomobillərini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Füzuli Soltanov olduğu müəyyən edilib.

Şəxsi axtarış zamanı ondan metamfetamin, 1 ədəd gözyaşardıcı balon və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 181