Din
03.11.2018 / 12:20

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib- Lerikdə(Foto)

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan məktəbin direktor müavini Saday Rəhmətov çıxışında Azərbaycan gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.

S.Rəhmətov Vətən sevgisinin və xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı güclü mübarizə vasitəsi olduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışındadini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, radikal diniqrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən bəhs edib.

Natiq milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-


“Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib-


İnform.az

Baxış sayı: 207