Dünya
03.11.2018 / 10:20

İrana qarşı bütün sanksiyalar bərpa edilir- 8 ölkəyə güzəşt ediləcək

İrana qarşı bütün sanksiyalar bərpa edilir-
"ABŞ-ın İranla 2015-ci ildə imzalanmış nüvə razılaşmasından sonra ləğv etdiyi bütün sanksiyalar yenidən qüvvəyə minəcək".

İnform.az
-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

Tramp sosial media hesabında paylaşdığı fotoda “Sanksiyalar gəlir - 5 noyabr” qeydini edib.

Məsələ ilə bağlı açıqlama verən ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İranla əməkdaşlığı davam etdirənlərə də sanksiyalar tətbiq olunacaq, lakin 8 ölkə bu siyahıya daxil edilməyəcək. O, həmin ölkələrin adını hələlik açıqlamayıb.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə həmin siyahıda Türkiyənin də olacağını elan edib:

“ABŞ-ın İrana sanksiyalarında istisna tətbiq edəcəyi 8 ölkə arasında Türkiyənin də olacağı məlumatını aldıq. Bu qərara görə məmnun olduğumuzu bildirmək istəyirəm”.


İnform.az

Baxış sayı: 46