Dünya
02.11.2018 / 16:00

Gizli müayinə... Kəşfiyyat prezidenti izləyir

Gizli müayinə...
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen İnin səhhətini bir kompüter proqramı vastəsilə nəzarətdə saxlayır.

İnform.az teleqraf.com-un xəbərinə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Kəşfiyyatdan agentliyə verilən açıqlamada deyilir:

“Xüsusi hazırlanmış proqram vasitəsilə Kim Çen İnə aid əldə edilmiş videogörüntülər təhlil ediləcək. Hazırda isə onu deyə bilərik ki, Şimali Koreya lideri üç ölçülü model vəziyyətindədir.

Kəşfiyyat xidməti Kim Çenin diabet və yüksək qan təzyiqi üçün həddən artıq kök və piylənməyə meyilli olmasına baxmayaraq, nisbətən sağlam olduğunu bildirir."


İnform.az

Baxış sayı: 57