Din, Elm-təhsil
02.11.2018 / 15:20

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib- Lənkəranda(Foto)

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Liman şəhər 2 saylı tam orta məktəbində “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Liman şəhər 2 saylı tam orta məktəbin direktoru Ramiz Məmmədov keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında ölkəmizdə zərərli vərdişlərə qarşı aparılan mübarizə, həmçinin erkən nikahların aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında zərərli vərdişlərə, erkən nikaha qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, eyni zamanda erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-


“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib-



İnform.az

Baxış sayı: 235