Hüquq
02.11.2018 / 11:28

Avtomobil oğruları yaxalandılar

Avtomobil oğruları yaxalandılar
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görülən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 127