Baş xəbər, Hüquq
02.11.2018 / 09:50

"Borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 21-i “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.


İnform.az

Baxış sayı: 155