Baş xəbər, Mədəniyyət
01.11.2018 / 12:10

İctimai Radio verilişlərində hansı yeniliklər edib?

İctimai Radio verilişlərində hansı yeniliklər edib?
Təzə mövsümə yeni nəfəsilə başlayan və bir çox maraqlı layihələri Azərbaycan efir məkanına gətirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin“90-FM”radiostansiyası test rejimini yekunlaşdıraraq ilk verilişinə başlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr departamentindən İnform.az-a verilən xəbərə görə, artıq noyabrın birindən radioda səhər proqramı dinləyicilərə təqdim olunub.

“Adicə” adlanan səhər şousunun aparıcıları Sevinc Salahova və GülnarMuradovadır.

İnsan münasibətləri haqqında öncül olmağa iddialı səhər verilişində dinləyiciləri həmdə fərqli rubrikalar gözləyir.

“App-Asan” rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiq etmələr barədə məlumat veriləcək.

Rubrikalardan biri də "Qənaətkraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq.

Radionun daha bir layihəsi isə indiyədək müraciət edilməyən mövzudadır.

"İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyətiilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək.

Aparıcı Xuraman Süleymanlı naharda iş adamları və biznes sahibləri ilə onların işi barədə söhbətləşəcək. Verilişdə həmçinin sahibkar dinləyicilərin öz biznesləri barədə danışmaq imkanı olacaq.

Radiosevərlər"İdarəetmənin əsasları" verilişinin "Milyonerlər məhəlləsi"adlanan rubrikasında milyonçu və milyarderlərin böyük pullara gedən həyat yolu barədə eşidəcəklər.

Bundan başqa radionun aparıcılarından olan Pərvanə Qasımovanın təqdimatı ilə mahnıların tarixçəsi haqqında veriliş bu mövsümdən rubrika şəklində fəaliyyət göstərəcək ki, burada da dinləyicilər müxtəlifm usiqi və mahnıların maraqlı hekayələrini eşidəcəklər.

Yeniliklər sırasında daha bir rubrika isə "Nobel prospekti" adlanırki, burada Adil Oruclu Nobel mükafatçıları olan şəxslər və onların kəşfinin elmə vəi nsanlığa təsirindən danışacaq.

Radiostansiya yaxın gələcəkdə maraqlı verilişləri və yeni rubrikaları ilədinləyicilərini sevindirməyi planlaşdırır. Yeniliklərin ikinci dalğası özünü çox gözlətməyəcək.

Artıq musiqi formatındakı dəyişikliyə dair test rejimi bitmək üzrədir.

Tezliklə bəyənilən musiqilər“90FM” dalğasında dinləyicilərə təqdim olunacaq.


İnform.az

Baxış sayı: 244