Türk dünyası, Hərbi
01.11.2018 / 09:45

Türkiyə elektromaqnit top sahəsində yeni hədəfə doğru irəliləyir

Türkiyə elektromaqnit top sahəsində yeni hədəfə doğru irəliləyir
Türkiyənin yeni elektromaqnit topu ŞAHİ 209-un sahə prototipini təslim edən “Yeteknoloji AŞ” qarşısına yeni hədəf qoyub.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, kompaniya yaxın zamanlarda 6 meqacoul enerji ilə 25 kilometrə mənzilə nail olmağı düşünür.

Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə may ayında imzalanan “Elektromaqnit Atma Sistemi Sahə Prototipi Tədarük Layihəsi” çərçivəsində Türkiyədə ilk dəfə “Yeteknoloji AŞ” tərəfindən təkmilləşdirilən elektromaqnit top “ŞAHİ 209” iyulda qəbul sınaqlarına salınıb. Sınaqlardan uğurla keçən sistem artıq MSN-ə təslim edilib.

“ŞAHİ 209 Blok-1” olaraq adlandırılan prototip 3 metr lülə uzunluğuna və 1 meqacoul gücə sahibdir. Sistem 300 qram ağırlığındakı mərmini 10 kilometr məsafəyə göndərə bilir.

Lakin hazırda “Yeteknoloji AŞ” sistemin təkmilləşdirilməsi istiqamətində çalışmalar aparır. Məqsəd isə 5 meqacoul enerjiyə malik və mərmini 25 kilometr mənzilə göndərə biləcək sistemin əldə edilməsidir.

Bu sistem üçün hazırda təkmilləşdirmə işləri davam etdirilən 5 meqacoulluq Türkiyənin ən yüksək batareya enerjisinə sahib yeni enerji mənbəyi də ərsəyə gətirilib. Ona “ŞAHİ 209 Blok-2” adının verilməsi planlaşdırılır.

Firma gələn ilin aprel-may aylarında İstanbulda baş tutacaq 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 6 metr lüləyə sahib sistemdən istifadə edərək 6 meqacoul enerji ilə 700 qram ağrlığındakı 35 millimetrlik mərmini 25 kilometr mənzilə çatdırmağı bacaran sistemi nümayiş etdirməyi hədəfləyib.


İnform.az

Baxış sayı: 236