İqtisadiyyat
30.10.2018 / 10:35

ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir- FOTO

ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir-
Azərbaycan Dövlər Reklam Agentliyi (ADRA) MDB-nin Reklam üzrə Əlaqələndirmə Şurasına üzv ola bilər.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bu barədə təklif Agentlik əməkdaşının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq tədbirdə iştirakı zamanı irəli sürülüb.

MDB-yə üzv ölkələrin dövlət və ictimai qurumlarını özündə birləşdirən şuranın toplantısında reklam bazarlarının tənzimlənməsi, bu sahəyə dair qanunvericiliyin yenilənməsi, reklamların məzmununa nəzarət mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçı ölkələrin təcrübəsi müzakirə olunub.

Qurumun illik toplantısında ilk dəfə iştirak edən ADRA-nın Strateji inkişaf şöbəsinin müdiri Rüfət Tağızadə tədbir iştirakçılarına təmsil etdiyi Agentlik və ölkənin açıq məkandakı reklam mühiti barədə məlumat verib.

ADRA reklam sahəsindəki beynəlxalq təcrübəni Azərbaycana gətirir-


İnform.az

Baxış sayı: 243