Baş xəbər, Hüquq
29.10.2018 / 12:49

Ailəsi itkin düşən gənci axtarır

Ailəsi itkin düşən gənci axtarır
Xaçmaz şəhər sakini, 17 yaşlı Təbriz Zeynalov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İnform.az-a verilən məlumata görə, Təbriz Zeynalovun əlamətləri belədir: Boyu 160-170 sm., orta bədən quruluşlu, uzun sifətli, qısa qara saçlı, gözlərinin rəngi şabalıdı, çənə nahiyyəsində xal var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 02332-5-53-56 şəhər və 051-843-02-02; 077-730-20-20 (Atası) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Inform.az

Baxış sayı: 151