Baş xəbər, Sosial
29.10.2018 / 10:12

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gediblər
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfər ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoyublar.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.


İnform.az

Baxış sayı: 421