Sosial, Din
27.10.2018 / 15:00

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib-- FOTO

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--
Bu gün “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirilən “Dini ekstremizm və radikalizmlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində növbəti və yekun seminar İsmayıllı rayonunda keçirilib.

Əlli nəfərdən çox İsmayıllı sakininin, yerli mətbuatın və icimaiyyət nümayəndələrinin, din xadimlərinin iştirak etdiyi seminar İsmayıllı rayon Mərkəzi Uşaq Kitabxanasının Konfrans zalında keçirilib.

Birlikdən İnform.az-a verilən məlumata görə, tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin müavini Sevil xanım Əhmədova, İcra hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Nəsimi Teymurov, ekspert və təlimçi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov iştirak edib.

Seminarın məqsədi gəncləri¬mizin dini tolerantlıq, antiterror və ekstremizm sahəsində maarifləndirilməsi, Azərbayca¬nın Tolerantlıq Modelinin gənclər arasında təbligi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində gənclərin məlumatlandırılmasıdır.

İnteraktiv müzakirələrlə keçən tədbirdə dini radikalizm və ekstremizm barədə iştirakçılara geniş məlumat verildi. Sonda iştirakçılara sertifikatlar paylanıldı və tədbir çay süfrəsində davam etdirilib.

Beləliklə də, layihə çərçivəsində nəzərdə tutulan seminarlara yekun vurulub.

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--


“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--


“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--


“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--


“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin növbəti tədbiri İsmayıllıda keçirilib--



İnform.az

Baxış sayı: 56