Elm-təhsil
27.10.2018 / 13:50

"Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib- ADAU-da(Foto)

"Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib-
Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU)aqronomluq fakültəsinin tələbələri arasında "Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqəyə fakültənin müvafiq ixtisaslarında təhsil alan tələbələr qatılıblar.

Universitetin mətbuat xdmətindən İnform.az-a bildirilib ki, müsabiqədən əvvəl təhsil müəssisəsinin Elmi işlər üzrə prorektoru Vüqar Bəşirov, Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov çıxış edib, Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin fundamental araşdırmaları və elmi nailiyyətlərindən, elmi məktəbi və onun yetirmələrindən, ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında xidmətlərindən,gənc nəslə örnək olan həyat yolundan danışıb, müsabiqədə iştirak edən tələbə-gənclərə uğurlar arzulayıblar.

İnşa yazı müsabiqəsində aqronomluq fakültəsinin 100 dən artıq tələbəsi iştirak edib.

Müsabiqənin sonunda akademik Cəlal Əliyevin adını daşıyan auditoriyada qaliblərin fəxri fərmanlarla təltif olunması mərasimi keçirilib.

"Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib-


"Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib-


"Akademik Cəlal Əliyev görkəmli bioloq və ictimai-siyasi xadimdir" mövzusunda inşa yazı müsabiqəsi keçirilib-



İnform.az

Baxış sayı: 165