Hüquq
27.10.2018 / 12:00

Avtomobil oğrusu yaxalandı

Avtomobil oğrusu yaxalandı
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini P.Babayeva oktyabrın 26-da saat 15 radələrində İstiqlaliyyət küçəsindən “Audi” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qısa müddətdə Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin R.Behbudov küçəsində hərəkətdə olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Anar Əhmədov avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbail RPİ-də araşdırma aparılır.


İnform.az

Baxış sayı: 221