Sosial, Din
27.10.2018 / 10:25

Dini radikalizmə qarşı maarifləndirici seminar keçirilib- Hacıqabulda(Foto)

Dini radikalizmə qarşı maarifləndirici  seminar keçirilib-
Oktyabr ayının 26-da “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Dini ekstremizm və radikalizmlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində Hacıqabul rayonunda seminar təşkil edilib.

Birlikdən İnform.az-a verilən məlumata görə, seminarın məqsədi gənclərimizin dini tolerantlıq, antiterror və ekstremizm sahəsində maarifləndirilməsi, Azərbaycanın Tolerantlıq Modelinin gənclər arasında təbligi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması və dövlətin bu sahədə atdığı addımlar haqqında gənclərin məlumatlandırılmasıdır.

Əlli nəfərdən çox Hacıqabul sakininin iştirak etdiyi seminar Heydər Əliyev Mərkəzində mərkəzində keçirilib.

Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdir müavini Elvin Şıxəliyev, ekspert və təlimçi kimi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov iştirak etdi.

İki satadək davam edən tədbirdə dini radikalizm və ekstremizm barədə iştirakçılara geniş məlumat verilib.

Sonda iştirakçılara sertifikatlar paylanıldı və müzakirələr çay süfrəsində davam etdirilib

Layihə çərçivəsində növbəti seminar 27 oktyabr tarixində İsmayıllı şəhərində keçiriləcək.

Dini radikalizmə qarşı maarifləndirici  seminar keçirilib-


Dini radikalizmə qarşı maarifləndirici  seminar keçirilib-


Dini radikalizmə qarşı maarifləndirici  seminar keçirilib-



İnform.az

Baxış sayı: 249