Elm-təhsil
25.10.2018 / 19:15

Görkəmli etnoqraf-alim Qadir Qədirzadənin70 illik yubileyi qeyd edilib- FOTO

Görkəmli etnoqraf-alim Qadir Qədirzadənin70 illik yubileyi qeyd edilib-
AMEA Naxçıvan Bölməsində görkəmli etnoqraf-alim,AMEA-nın müxbir üzvü, Qadir Qədirzadənin anadan olmasının 70 illiyinə həsr edilən tədbir keçirilib.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları alimin məzarını ziyarət edib.

Tədbir Qadir Qədirzadənin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyevçıxış edərək aliminelmi və pedaqoji fəaliyyətindən danışıb.

Qeyd edib ki, Azərbaycan etnoqrafiyasının Naxçıvan materialları əsasında etnik tarix, ailə və məişətlə bağlı qədim inamlar və onlarındigər türk xalqları ilə ortaq cəhətlərini öyrənmək alimin apardığı elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və araşdırma obyekti olub.

O, QadirQədirzadəninTürkiyə, İran, Rusiya, ABŞ və digər ölkələrdə ölkəmizilayiqincə təmsil etdiyini diqqətə çatdırıb. Bildirib ki, alim Naxçıvan Bölməsi Rəyasət Heyətinin və qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Şurasının üzvü olub.

Alimin elmdə əldə etdiyi nailiyyətlərinə görə, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğunu deyən İsmayıl Hacıyev Qadir Qədirzadənin“Əshabi Kəhf: Müqəddəslik, tarixilik və inancların genezisi”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Nuh peyğəmbər, Dünya Tufanı və Naxçıvan”, “Naxçıvan: Nuh baba və Türk atadan gələn yol”, “Milli-mənəvi dəyərlərimiz”, “Kitabi-Dədə Qorqud və Naxçıvan: qarşılaşdırmalı etnoqrafik motivlər”, “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” və digər bir çox əsərlərin müəllifi olduğunu söyləyib. Bunlarla yanaşı o, həm də “Naxçıvan Ensiklоpediyası”2 cilddə, “Naxçıvan abidələri ensiklоpediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Tarixi” 3 cilddə,“Naxçıvanın tarixi atlası”, ““Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas” və digər ümumiləşdirici fundamental kitabların əsas müəlliflərindən idi.

Alimin orijinallığına və əhəmiyyətinə görə maraq doğuran “Dünya və İnsan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı9 fevral 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin xüsusi mükafatına layiq görülüb və ali məktəblərdə dərslik kimi tədris edilməsi tövsiyə olunub.

Bölmə sədri alimin rəhbərliyi altında 5 fəlsəfə doktoru hazırlandığını, 400-ə yaxın elmi-kütləvi əsərin, o cümlədən 22 kitab və monoqrafiyanın müəllifi olduğunu bildirib.

Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin həyat yolu və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra AMEA-nın müxbir üzvləri-Əliəddin Abbasov, Vəli Baxşəliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov və Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək alimin şərəfli ömür yolundan, zəngin elmi fəaliyyətindən söz açıblar.

Sonda Qadir Qədirzadənin ailə üzvlərindən İqrar Əliyev və qızı, tarix üzrə fəlsəfə doktoru, dosent Türkan Qədirzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə görkəmli alimin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri, kitab və monoqrafiyaları video görüntü vasitəsi ilə nümayiş olunub.

Görkəmli etnoqraf-alim Qadir Qədirzadənin70 illik yubileyi qeyd edilib-



İnform.az

Baxış sayı: 163