Din
25.10.2018 / 17:50

"Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib- Lerikdə(Foto)

"Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta məktəbində "Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda maarifləndirici tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyətinin (RİH) Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Aslanov, Vizəzəmin kənd tam orta məktəbinin direktoru Əlisa Əbilov, Lüləkəran, Vizəzəmin, Sipyəreğon, Bibiyani, Hamarmeşə kənd məscidi dini icmalarının sədrləri, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları barədə geniş məlumat verib. Q.Məmmədov zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev çıxışında İslam dininin xeyirxahlıq, mərhəmət və həmrəylik dini olduğunu, bütün bəşəriyyəti sülhə səslədiyini bildirib.

Lənkəran bölgə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında radikal dini qruplar, onların təbliğat metodları və həmin qruplara qarşı aparılan mübarizə yolları haqqında məlumat verib.

Lerik rayonu Sipyəreğon kənd məscidi dini icmasının sədri Araz Hüseynov, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov, kənd sakini Fikrət Aslanov və digərləri çıxışlarında gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini vurğulayıblar.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib-


"Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib-


"Dini radikalizmlə mübarizə: nəticələr və vəzifələr" mövzusunda tədbir keçirilib-



İnform.az

Baxış sayı: 229