İdman
25.10.2018 / 18:00

Seysmoloqların komandası çempion oldu- FOTO

Seysmoloqların komandası çempion oldu-
AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiada çərçivəsində futbol üzrə final oyunu keçirilib.

Finalda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası ilə Geologiya və Geofizika institutunun komandası qarşılaşıblar.

Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, hər iki komandanın üzvüləri çempion titulunu qazanmaq üçün gərgin mübarizə aparıblar. Final qarşılaşması 6:1 hesabı ilə RSXM komandasının qələbəsi ilə başa çatıb.

Seysmoloqların futbol komandası AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiadanın çempionu adını qazanıb.

İkinci yerə Geologiya və Geofizika İnstitutunun komandası, üçüncü yerə AMEA Rəyasət Heyətinin komandası çıxıb.

Qeyd edək ki, digər idman növləri ilə bağlı da final görüşləri keçirilib. Stolüstü tennis üzrə yarışlarda AMEA nəzdində RSXM-nin daha bir əməkdaşı - "Seysmologiya" şöbəsinin mühəndisi Lalə Piriyeva 3-cü yerə çıxıb.

Oyunlardan sonra AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və digər rəsmilərin iştirakı ilə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Futbol üzrə çempionluq kuboku, diplom və 1-ci yerin medalları seysmoloqların komandasına təqdim edilib. Həmçinin qalib komanda üzvüləri pul mükafatı ilə də təltif olunublar.

Stolüstü tennis üzrə yarışlarda 3-cü yerə çıxmış RSXM-nin əməkdaşı Lalə Piriyeva da təşkilat komitəsi tərəfindən diplom, kubok və medalla mükafatlandırılıb.

Qeyd edək ki, RSXM əməkdaşları bundan əvvəlki illərdə də ölkəmizdə keçirilən müxtəlif idman növləri üzrə yarışlarda iştirak edərək, yüksək nəticələr göstərib və medallar qazanıblar.

Seysmoloqların komandası çempion oldu-


Seysmoloqların komandası çempion oldu-


Seysmoloqların komandası çempion oldu-


Seysmoloqların komandası çempion oldu-


İnform.az


Baxış sayı: 57