Din, Elm-təhsil
25.10.2018 / 14:45

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti tədbirini keçirib- FOTO

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti tədbirini keçirib-
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.

Aİİ Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, növbəti diskussiya “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzininəməkdaşı Gündüz Nəsibov, politoloq İlqar Vəlizadə, “Etnoqlobus” Beynəlxalq İnformasiya və Analitik Mərkəzinin direktoru tədqiqatçı Gülnarə İnanc iştirak ediblər.

Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Diskussiyada dini radikalizmin səbəbləri və doğurduğu nəticələr haqqında müzakirələr aparılıb.Müzakirələrdə dini radikalizm meyillərinin təkcəmüasir dövrdə deyil, bütün zamanlarda müşahidə olunduğu qeyd edilib.

Tarixən din uğrunda törədilən müharibələrin və ya din pərdəsi altında aparılan işğalçılıq siyasətinin dini radikalizmənümunə olduğu vurğulanıb.

Bildirilib ki, hazırda dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir.

İslamın mötədillik, dialoq və tolerantlıq dini olduğunu nəzərə çatdıran tədqiqatçılar qeyd ediblər ki, hazırda müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar vardır ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşıb, radikal və sərt mövqe tutublar.

Qeyd olunub ki, dini radikalizm meyillərinin yaranmasına ictimai, siyasi və iqtisadi məhrumiyyətlər səbəb olur. Eyni zamanda, İslam dünyasında radikalizm meyillərinin yaranma səbəblərindən birinin dəmüqəddəs mətnlərinkontekstdənkənar yozumu və qavranılması olduğu bildirilib.

Daha sonra tədqiqatçılar ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətimizdə radikalizm meyllərinin qarşısının alınması istiqamətində dövlətimizin ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar.

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə mühüm addım hesab edən natiqlər radikallıq və təəssübkeşliyin qarşısını almaq, ölkədəki tolerantlığa, dialoqa və plüralizmə əsaslanan sağlam mühiti qorumaq üçün dinlərin doğru şəkildə öyrədilməsinin zəruri olduğunu söyləyiblər.

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti tədbirini keçirib-


Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti tədbirini keçirib-


Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti tədbirini keçirib-



İnform.az

Baxış sayı: 131