Elm-təhsil
25.10.2018 / 10:30

“Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forum keçirilib- FOTO

“Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forum keçirilib-
24 oktyabr 2018-ci il tarixindəAzərbaycan Turizm və Menecment Universiteti (ATMU)Biznes İdarəçiliyi” fakültəsi və Universitetin “Tələbə Elmi Cəmiyyəti”nin təşkilatçılığı ilə “Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forumu keçirilib.

Universitetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, forumda yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, akademik şəxslər və mətbuat nümayəndələri iştirak ediblər.

Forumun açılışında çıxış edən ATMU-nun prorektoru Anar Eminov bildirib ki, artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması istiqamətində müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.Eyni zamanda gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu səpgidə forumlar, seminarlar və təlimlərin keçirilməsini məqsədəuyğun saymışıq.

A.Eminov çıxışında bildirib ki, gənclərin müvafiq forumlara marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur. Məhz buna görə qarşıdakı aylarda bu mövzuda bir neçə layihənin reallaşması nəzərdə tuulub. Bunlardan biri də “Biznes Mən” layihəsidir.Layihə qaliblərinə ATMU tərəfindən pul mükafatının verilməsi qərara alınıb.

Forumda “Biznes İdarəçiliyi” fakültəsinin dekanı Anar Mirzəyev bildirib ki, bu formatdaforumların təşkili gənclərin nəzəri və praktiki biliklərinin ,o cümlədən biznes maraqlarının artırılmasını təmin edir. Həmçinin sahibkarlığın inkişafına təkan verir.

“Biznesdə uğurlu addımlar” adlı forumda iştirakçı təlimçilər gənclərə bilik və bacarıqlarından söz açmış, çoxsaylı sualları cavablandırıblar.

“Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forum keçirilib-



İnform.az



Baxış sayı: 306