Baş xəbər, İqtisadiyyat
25.10.2018 / 10:15

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!
Bakıda İqtisadi ƏməkdaşlıqTəşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçiriləcək.

Tədbir oktyabrın 26-da saat 10:00–da “Hilton Baku” hotelinin “Sevda” zalında baş tutacaq.

ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iclasda İqtisadi ƏməkdaşlıqTəşkilatının Baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, İƏT-ə üzvolan 10 ölkənin yüksək səviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirləri iştirak edəcəklər.

Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu, İranın ÖzəlləşməTəşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein, Avropa İttifaqının enerji sahəsi üzrə baş eksperti Erik Somelar, Beynəlxalq Maliyyə Korporasiyasının dövlət-özəl tərəfdaşlığı layihələri üzrə baş eksperti Alibek Abdrəhmanov da tədbirin qonaqları olacaqlar.

Tədbirin keçirilməsindən əsas məqsəd İƏT-ə üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formlaşaması, mövcud vəziyyətin dəyərləndirilməsi, investisiyaların cəlb edilməsidir.

İnform.az

Baxış sayı: 66