Baş xəbər, Sosial
25.10.2018 / 09:50

Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən yeni tərkibinin hazırlıq iclası keçirilib- FOTO

Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2018-ci il tarixli 525 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş yeni tərkibinin hazırlıq iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Sərəncama əsasənKomissiyanın üzvləri sırasına xarici işlər, iqtisadiyyat, energetika, mədəniyyət, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, təhsil, səhiyyə nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Mərkəzi Bankı sədrinin müavini və ölkəmizin Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri daxildir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal mövqeyə və yüksək nüfuza malik olmasına, dünya ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığın qurularaq genişlənməsinə səbəb olduğunu vurğulayıb.

Nazir Azərbaycanla Rumıniya arasında dostluq münasibətlərinə əsaslanan əlaqələrdən, strateji əməkdaşlıqdan bəhs edib. O, dövlət başçısının 6 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə iki ölkə arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın təsdiq edilmiş yeni tərkibinin də bu əlaqələrin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

İclasda Müştərək Komissiyanın növbəti iclasına hazırlıq işləri, həmin iclasın Protokol layihəsi və qurumlardan ölkələrarası əməkdaşlığa dair təkliflərin təqdim olunması, iqtisadi-sosial əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.

Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-


Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-


Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-


Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-


Azərbaycan və Rumıniya arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki  əməkdaşlıq üzrə Müştərək Komissiyanın ölkəmiz tərəfindən  yeni tərkibinin hazırlıq iclası keçirilib-



İnform.az

Baxış sayı: 254