Hərbi
24.10.2018 / 22:50

3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub- Beyləqanda(Foto)

3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub-
2018-ci il 23 Oktyabr tarixində saat 14:12-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, Daşburun qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az.a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə 2018-ci il 23 oktyabr tarixində baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 122 mm-lik top mərmisi (OF-56) və 24 ədəd boş giliz aşkar olunub, havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat-axtarış tədbirləri 2018-ci il 24 oktyabr tarixində də davam etdirilmiş, nəticədə əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 26 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

2018-ci il 23-24 oktyabr tarixlərində keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub-


3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub-


3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub-


3 ədəd partlamamış hərbi sursat və 50 ədəd boş giliz aşkar olunub-



İnform.az


Baxış sayı: 205