Elm-təhsil
24.10.2018 / 17:00

Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb- FOTO

Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun“Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlərİsmayıllı və Oğuz rayonlarında keçirilib.

Fondun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Oğuz rayonu Mədəniyyət evində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Anar Məcidov qonaqları salamlayıb və Fondun maarifləndirici layihələrindən söhbət açıb.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsindən sonra Mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş olunub.

Nümayişdən sonra Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı gənclərə “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda məlumat verib, mövzu ətrafında geniş müzakirə keçirilib.

İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə qonaqları Rayon İcra Hakimiyyətiİctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açaraq Bilik Fonduna bölgələrdə mütəmadi olaraq keçirdiyi maarifləndirici tədbirlərə görə təşəkkür edib.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsi keçirilib. Yerli gənclərin maraqla dinlədiyi mühazirədən sonra Mərkəzin istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.

Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova“Cümhuriyyət dövründə təhsil islahatları” mövzusunda məruzə edib. Məruzədən sonra filmə dair fikir mübadiləsi aparılıb.

Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-


Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-


Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-


Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-


Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-


Cümhuriyyət tarixi gənclərə sənədli kadrların dili ilə çatdırılıb-



İnform.az

Baxış sayı: 197