Dünya, Qarabağ
24.10.2018 / 11:42

Rusiyadan Qarabağda müharibə XƏBƏRDARLIĞI

Rusiyadan Qarabağda müharibə
“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”.

İnform.az-ın publika.az-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.

Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür.

Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb.

“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə edib.


İnform.az

Baxış sayı: 77