Hüquq
24.10.2018 / 11:05

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Oktyabrın 23-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Dİn-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, istintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.



İnform.az

Baxış sayı: 172