İqtisadiyyat
29.07.2015 / 16:51

Fitosanitar nəzarət geclənəcək

Fitosanitar nəzarət geclənəcək

Bu gün Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Orta Asiya üzrə subregional ofisinin dəstəyi ilə “Orta Asiyada milli fitosanitar nəzarəti xidmətlərinin potensialının möhkəmləndirilməsi” mövzusunda ikigünlük seminar işə başlayıb. DFNX-dən bildirilib ki, seminar fitosanitariyanın əsas sahələrindən biri olan idxal-ixrac əməliyyatları zamanı fitosanitar proseduraların həyata keçirilməsini əhatə edir.

Seminar çərçivəsində müfəttişlər üçün sərhəd-keçid məntəqələrində yoxlama proseduraları və müasir fitosanitar praktika üzrə təlimlər keçiriləcək. Tədbirdə FAO-nun fitosanitar treninqlər üzrə beynəlxalq məsləhətçisi Olqa Lavrentyeva, DFNX və Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edirlər.
Tədbirdə DFNX-nin rəisi Camal Quliyev qeyd edib ki, 2015-ci il “Kənd təsərrüfatı ili” elan edilib. Ölkədə bu sahənin inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni strategiya işlənib hazırlanıb.

İnform.az

Baxış sayı: 409