Elm-təhsil
23.10.2018 / 15:00

ADNSU-da akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib- FOTO

ADNSU-da akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib-
Oktyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, akademik Murtuza Nağıyevin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən keçirilən tədbir çərçivəsində ADNSU-da görkəmli kimyaçı alimin adını daşıyan auditoriyanın açılış mərasimi olub.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı akademik Murtuza Nağıyevin Azərbaycan elminin şöhrətini dünya miqyasında yüksəkliklərə qaldıran Azİİ məzunları arasında xüsusi yeri olduğunu vurğulayıb.

Akademik M.Nağıyevin xatirəsinin ADNSU-da hər zaman yüksək tutulduğunu deyən rektor M.Babanlı görkəmli alimin Azİİ-də təhsil almaqla yanaşı, ötən əsrin 40-cı illərində müəyyən müddət bu ali məktəbin divarları arasında dosent vəzifəsində çalışdığını da qeyd edib.

Rektor M.Babanlı nəinki Azərbaycanda, bütövlükdə dünyada neft kimyasının inkişafına misilsiz töhfə verən alimin həyat və elmi fəaliyyətinin hazırda ADNSU-da çalışan hər bir müəllim və təhsil alan tələbə üçün örnək olduğunu qeyd edib.

Rektor M.Babanlı dövlət başçısının Sərəncamından irəli gələrək 2018-ci ildə görkəmli alimin 110 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkədə elmə və təhsilə göstərdiyi yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.

ADNSU-nun Kimya Texnologiya Fakültəsinin Neft-kimya Texnologiyası və Sənaye Ekologiyası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Həsənov öz çıxışında Kimya-Texnologiyası nəzəriyyəsinin yeni bir elm sahəsi kimi yaranması və inkişafının akademik Murtuza Nağıyevin adı ilə bağlı olduğunu bildirib.

Kimya elminə yeni nəfəs gətirən görkəmli alimin resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısı olduğunu qeyd edən professor Ə.Həsənov kimyaçı alimin elmi yaradıcılığından danışıb.

Çıxış edən AMEA-nın Aşqarlar Kimyası İnsitutunun direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanda kimya elminin inkişafında Murtuza Nağıyevin müstəsna xidmətləri olduğunu, hələ tələbə vaxtlarında kimya sahəsində müəlliflik şəhadətnaməsi aldığını xatırladıb.

Alimin ilk dəfə optimallaşdırma və super optimallaşdırma nəzəriyyələrini irəli sürdüyünü deyən V.Fərzəliyev akademikin elmi fəaliyyətinin bu gün də gənc tədqiqatçılar üçün dəyərli mənbə və nümunə olduğunu qeyd edib.

Daha sonra ADNSU-nun akademik Murtuza Nağıyev adına təqaüd alan magistrantı Elnur Cəbrayılzadə və 3-cü kurs tələbəsi Aydın Səmədov çıxış edərək belə bir təqaüdə layiq görüldükləri üçün qürur hissi keçirdiklərini və bunun məsuliyyətini dərk edərək əzmkarlıqla çalışdıqlarını bildiriblər.

Sonra görkəmli alimin oğlu, AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Dahi kimyaçı alimin həyat yolundan və ömrünü həsr etdiyi kimya elmindən söz açan T.Nağıyev atasının Azİİ-yə hər zaman xüsusi rəğbəti olduğunu vurğulayıb.

Qeyd edək ki, akademik Murtuza Nağıyev adına auditoriya ADNSU-nun Neft-kimya Texnologiyası və Sənaye Ekologiyası kafedrasının balansına verilərək tələbələrin sərəncamına təqdim olunub.

İnform.az

Baxış sayı: 50