İdman
23.10.2018 / 09:50

"Çempionluq üçün nəsə çatmadı"- Cəbrayıl Həsənov(Video)

"Çempionluq üçün nəsə çatmadı"-
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanan Cəbrayıl Həsənov (79 kq) yarışla bağlı təəssüratlarını açıqlayıb.

AGF-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Mundiala hazır formada gəldiyini söyləyən sərbəst güləşçimiz çempionluq üçün nəsə çatmadığını söyləyib: "Bura çox yaxşı formada gəlmişdim.
Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".




İnform.az

Baxış sayı: 45