Maqazin
22.10.2018 / 16:35

“Mənə kimsə şərt qoya bilməz”- Rozanı özündən kim çıxardı?

“Mənə kimsə  şərt qoya bilməz”-
Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasında qalmaqal yaşanıb.

İnform.az teleqraf.com-un məlumatına istinadən bildirir ki, ifaçı “ATV maqazin onlarla”da bildirib ki, müəllifi olduğu proqramda meyxana ustadı Nizami Rəmzinin xatirəsinə veriliş təşkil etmək istəyib, lakin Namiq həmin verilişə gəlməkdən imtina edib:

“Namiq mənə şərt qoydu ki, başqa meyxanaçı varsa, mən gəlməyəcəm. Heç bir kəs kiminsə evinə qonaq gəlirsə, ona şərt qoya bilməz. Öləndən sonra kimsə onun adı ilə reklam tutur, özünü onun davamçısı kimi göstərir, amma elə deyil. Bəlkə mən yaxşı iş gördüm, səhvini başa saldım. Zərgərliyə şərt qoyur. Yuxuda görər onu. Mən şərtlə yaşayan insan deyiləm.

Heç kim özündən getməsin. Məni kimsə hədələyə bilməz. Nizami Rəmzi elə bir ustad, peşəkar olub ki, istəmədim onun verilişi ucuzlaşsın".




İnform.az

Baxış sayı: 2198