Din
22.10.2018 / 15:52

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir
[b]Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan edir.
[/b]
Komitənin Mətbuat xidmətindən [b]İnform.az[/b]-a verilən məlumata görə, Müsabiqəyə mənəvi dəyərlərin təbliği, qorunması, inkişafi, eləcə də, Azərbaycançılıq ideologiyası ilə bağlı məqalələr göndərilə bilər. Eyni zamanda, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr də qəbul olunur.

[b]Kriteriyalar:[/b]

Məqalə innovativvə əhatəli olmalıdır;

Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;

Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);

Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;

Elektron portalda dərc edilərsə:A4 formatlı vərəqdə (Times New Roman 14 şrift)çap olunmalı və link əlavə edilərək Fonda təqdim edilməlidir.
[b]
Mükafat:[/b]

I yer - [b]400[/b] AZN (1 nəfər)
II yer - [b]300 [/b]AZN (2 nəfər)
III yer – [b]200[/b] AZN (3 nəfər)
Hər biri [b]100 [/b]AZN olmaqla[b] 5 [/b]həvəsləndirici mükafat

[b]Müsabiqənin müddəti[/b]: 22 oktyabr – 22 noyabr 2018-ci il
[b]
Əlaqə:[/b]
[b]
Tel:[/b] (012) 464-92-53

[b]E-mail:[/b] [/b]mdtf.press@gmail.com

[b]Ünvan:[/b] Bakı şəhəri, Ə.Cavad küç. 16;Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

[b]
İnform.az[/b]

Baxış sayı: 172