Baş xəbər, İqtisadiyyat
22.10.2018 / 15:43

"Banklar və Biznes” qəzeti növbəti məqalə müsabiqəsini elan edir

"Banklar və Biznes” qəzeti növbəti məqalə müsabiqəsini elan edir
“Banklar və Biznes” Qəzeti (BBN.az) tələbələr arası məqalə müsabiqəsi elan edir.

ABA-nın Mətbuat xidmətindən İnform.az-a verilən “Yapı Kredi Bank Azərbaycan” QSC-in dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.

Müsabiqə də təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:

“Məsuliyyətli borclanma”

Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:

• Məsuliyyətli borclanma nə üçün önəmlidir;
• Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;
• Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;
• Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borc alan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;
• Məsuliyyətli borclanmanın təmin olunması üçün borc alanın öhdəsinə düşən vəzifələr;

Mükafat fondu:

1-ci yer – 500 manatlıq hədiyyə kuponu;
2-ci yer – 300 manatlıq hədiyyə kuponu;
3-cü yer –200 manatlıq hədiyyə kuponu;
Növbəti 5 yer – həvəsləndirici hədiyyələr.

Müsabiqənin şərtləri:

Müsabiqədə iştirak etmək istəyən şəxs hazırdaj urnalistika və ya iqtisadiyyat üz rə bakalavr və magistr təhsilini davam etdirməlidir;

Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;

Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.

Yazıya qarşı olan tələblər:

Məqalə “Times New Roman” yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hərtərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;
Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.


Müraciət:


Hazırlanan məqalələr 10 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərl əbirlikdə redaktor@bbn.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:

Şəxsiyyət vəsiqəsinin üzü;

Tələbə biletinin üzü;

Ev və ya mobil telefonu;

Qeyd edək ki, məqalə müsabiqəsi çərçivəsində seminar da təşkil olunacaq.


İnform.az

Baxış sayı: 49