Dünya
22.10.2018 / 14:45

"İran Livanda gizli raket fabriklərinə malikdir”- İsrailin sabiq kəşfiyyat rəhbəri

"İran Livanda gizli raket fabriklərinə malikdir”-
“İran hökuməti “Hizbullah” tərəfindən idarə olunan gizli fabriklərdə komponentləşdirilən balistik raketlərin Livana qaçaqmalçılığı ilə məşğuldur”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin sabiq kəşfiyyat rəhbəri Amos Yadlin bildirib.

Onun sözlərinə görə, İran, faktiki olaraq raket bazaları qurmağı düşünərək Suriyadan ballistik raket hissələrini gizlətmək üçün istifadə edirdi.

Yadlin, İsrail HHQ-nin Suriyada təxminən 50 hədəfi məhv edərkən, İranın raket fabriklərinin də hədəflər arasında olduğunu vurğulayıb.

“Bundan sonra, Tehran öz raket fabriklərini Livana köçürüb, çünki İsrailin şimal qonşusuna hücum etməyəcəyinə inanır”, - deyə o əlavə edib.

Xatırladaq ki, İsrail bu ilin may ayında Suriyada bir sıra hədəflərə raket zərbələri endirib.


İnform.az

Baxış sayı: 67