Dünya
22.10.2018 / 13:35

Bolton Moskvada: İran da diplomatını göndərir

Bolton Moskvada:
İran Xarici İşlər nazirinin müavini Hüseyn Ənsari sabah Moskvaya gedəcək.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib.

Onun sözlərinə görə, Ənsari Rusiya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Ənsari Moskvaya ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyada olduğu müddətdə səfər edir.


İnform.az

Baxış sayı: 52