Baş xəbər, Sosial
22.10.2018 / 12:15

Prezident İlham Əliyev İmişli rayonuna səfər edib

Prezident İlham Əliyev İmişli rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gelib.

Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.


Trend

Baxış sayı: 45