Hüquq
22.10.2018 / 12:45

Maşın oğruları yaxalandılar- Xətaidə(Foto)

Maşın oğruları yaxalandılar-
Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib.

Dİn-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, idarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.

Onların ətraflarında keçirilən əlavə əməliyyat tədbirləri ilə dəstə üzvlərinin “Opel” və “VAZ 2104” markalı daha iki maşın qaçırdıqları, həmçinin ehtiyat hissələrinin satıldığı mağazalardan birindən 21 litr avtomobil yağı oğurladıqları da müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Gördüyünüz bu şəxslərin digər cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Maşın oğruları yaxalandılar-


Maşın oğruları yaxalandılar-



İnform.az

Baxış sayı: 39