İqtisadiyyat
22.10.2018 / 11:05

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş rahatlığını təmin edərək daşınmaz əmlakın qeydiyyat xidmətlərini əlçatan formada göstərməkdə davam edir.

Hər həftə ayrı-ayrı yerlərdə keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının budəfəki ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsidir.

Komitənin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, sosial aksiyanın təklif etdiyi bütün imkanlardan yararlanmaq istəyən vətəndaşlar 22-26 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər komitənin mobil ofislərinə yaxınlaşa bilər.

Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 8 ünvanında yerləşən səyyar ofisdə sakinlərəfərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətləri göstəriləcək.

Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir.

Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsivətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır.

Yenilənmiş mobil xidmət məkanı isəeyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindənsəyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsindəyeniliklərin tətbiqibirbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.


İnform.az

Baxış sayı: 54