Dünya
22.10.2018 / 10:20

Ərdoğan Kaşıkçıya görə Trampa zəng edib

Ərdoğan Kaşıkçıya görə Trampa zəng edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, danışıqların əsas mövzusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda müxalif jurnalist Camal Kaşıkçının qətli olub.

Liderlər bu hadisənin bütün aspektlərinin dəqiqləşdirilməli olduğunu vurğulayıb.

Bundan başqa, prezidentlər Suriyadakı vəziyyəti, terrorçuluqla mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.


İnform.az

Baxış sayı: 192